Parklanma məntəqələrinin azaldılması sürücülərə nə verəcək?

İQTİSADİYYAT
15:45 / 24.05.2025
61

Ödənişli parklanma məntəqələrinin sayının 3 dəfədən çox azaldılması insanlarda narahatlıq doğurur. Sürücülər məntəqə sayının azaldılması ilə park yerlərinin də azaldılacağından ehtiyat edir.

Mövzu ilə bağlı Trend-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, küçə boyu parklanma məntəqələrinin sayının azaldılması müsbət nəticə verəcək:

“Küçə boyu məntəqələrin sayının 2400-dən 690-a endirilməsi o deməkdir ki, küçə boyu fərqli məntəqə nömrələri vardısa, onlar vahidləşdirilir. Bu da istifadəçilər üçün daha rahat hala gəlmiş olur. Yəni parklanma sayı azalmır, məntəqələrin sayı azalır. Əvvəl bir küçədə bir neçə fərqli məntəqə olurdusa, indi həmin məntəqələr vahidləşdirilmiş olacaq. Bu, istifadəçilərin daha rahat istifadəsi üçün nəzərdə tutulmuş həlldir”.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ödənişli parklanma məntəqələrinin sayı 2400-dən 690-a endirilib.


 

0