Çinin "Geely" konserniyə məxsus İsveç avtomobil istehsalçısı "Volvo Car AB" dünya üzrə işçilərinin təxminən yeddi faizini ixtisar etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bu qərara tələbin azalması şəraitində xərcləri azaltmaq imkanı səbəb olur. Ümumilikdə "Volvo"da təxminən 44.000 işçi çalışır ki, onların yarıdan çoxu İsveçdədir. İxtisarlar nəticəsində üç minə yaxın işçi işini itirəcək.
Aprelin sonunda "Bloomberg "Volvo Car"ın tələbin azalması səbəbindən xərcləri 1,87 milyard dollar azaltmağı planlaşdırdığını bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, JAC avtomobil markası Çində böyük itkilərə məruz qalır. Belə ki, Çin tərəfinin 1,3 milyard yuan investisiyası ilə JAC və Volkswagen-in birgə müəssisəsi bazarda uğursuzluğa düçar olan ID.Unyx modelini istehsal edir.
Samir