Bu Agentliyə məxsus 34 avtomobil hərraca çıxarılır

İQTİSADİYYAT
19:19 / 27.05.2025
52

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus 34 avtomobil hərraca çıxarılacaq. 

Hit.az xəbər verir ki, hərracda satılması planlaşdırılan avtomobillərin hamısı “Mirsubishi L200” markalı maşınlardır. 

2007-2011-ci il istehsalı olan avtomobillərin ilkin satış qiyməti toplam olaraq  294 150 manatdır. 

Hərrac iyulun 15-də keçiriləcək. 

Abbas 

0