Keçmiş "Sovetski" kimi tanınan ərazidə söküntü işləri aparılır.
HİT.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakının Yasamal rayonundakı Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrindən gedir.
Proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.
Çoxsayli arxitektur binaların, mədəni tarixi abidələrin mövcud olduğu bu ərazilərin bir hissəsində yeni park salınacaq.
Artıq bəzi evlərdə söküntü işləri başlanıb, o evlərin sahibləri ilə razılaşmalar əldə edilib, onlara qanuna müvafiq kompensasiyalar ödənib.