Nazirlik Göytəpədə xəstəxana tikintisi üçün yeni tender elan etdi - 9,7 milyonluq layihə

İQTİSADİYYAT
16:55 / 02.06.2025
87

Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin ikinci mərhələsinə başlanılır. 

Hit.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə oaln Müəssisələrinin Müdiriyyəti bununla bağlı tender elan edib. 

Tender iyulun 4-dək davam edəcək.

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti  9 720 455,50 manatdır. 

Məlumat üçün deyək ki, Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin ikinci mərhələsi ilə bağlı tender bir dəfə ləğv edilib. 

Abbas 

0