“AFF Mall” Ticarətində Mərkəzində oğurlu baş verib.
Hit.az xəbər verir ki, hadisəni törədən şəxs “AFF Mall”ın birinci mərtəbəsinin təmir olunan hissəsindəki giriş qapısının açıq olmasından istifadə edərək ora daxil olaraq “Honor X9B” və “Samsung Galaxy A13” markalı iki ədəd telefon oğurlayıb.
Həmin şəxs daha sonra başqa bir mağazadada oğurluq edib. Lakin çox keçməyib hüquq-mühafizə orqanları hadisəni tərədən şəxsi saxlayıb.
Ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsə 2 il, 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 9 ay 12 gün müddət 1 günə 2 gün hesablanaraq təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il, 2 ay, 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Abbas