"Damla Mebel"in vergi borcu 3,5 milyona çatdı

İQTİSADİYYAT
19:50 / 02.06.2025
94

“Damla Mebel” şirkətinin vergi borcu bir qədər də artıb. 

Hit.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 639 572,02 manat təşkil edir. 

Bir neçə ay əvvəl vergi borcuna görə şirkətin rəhbərinə “stop” qoyulub. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkətin 3,3 milyon manat vergi borcu olub.  

“Damla Mebel” MMC 31 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Cavadov Rəşadət Ədalət oğludur. 

Abbas 

0