"Viva Desserts" vətəndaşları aldadıb?

İQTİSADİYYAT
18:49 / 02.06.2025
86

“Viva Desserts" MMC barəsində inzibati protokol tərtib edilib. 

Hit.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə ittiham irəli sürülüb. 

Protokoldan aydın olur ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb. 

Bu maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Abbas 

0