Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Toğrul İslam AZCON-da Mühasibatlıq Şöbəsinin rəhbəri təyin edilib. 2021-ci ildən bu vəzifəsinə qədər o, PAŞA Həyat Sığorta ASC-də Mühasibatlıq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Toğrul İslam Azərbaycan Universitetində Maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi (MBA proqramı), həmçinin Corcia Dövlət Universitetinin Biznes Kollecində Maliyyə ixtisası üzrə bakalavriat, ADA Universitetində isə Maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə (MBA proqramı) magistratura təhsili alıb.
İngilis, Rus və Türk dillərini bilir. Qeyd edək ki, Toğrul İslam 3-cü Yüksəliş Müsabiqəsinin qalibidir.