"ANC Group"a protokol yazıldı – Alıcıları aldadıb?

18:45 / 03.06.2025
151

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “ANC Group” MMC barəsində inzibati protokol tərtib edib. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin  447.0.1-ci (Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə ittiham irəli sürülüb. 

İnzibati xətanın mahiyyəti bundan ibarətdir ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. 

Bu maddəyə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Abbas 

0