Bakının bu rayonunda yeni park salınacaq - 2,4 milyon ayrıldı

İQTİSADİYYAT
19:29 / 03.06.2025
116

Bakının Nəsimi rayonunda yeni park salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq.

BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni istirahət parkının salınması ilə hazırlıqları başa çatdırıb.

İcra Hakimiyyəti parkın layihə-smeta sənədlərinin hazırlanması işlərini "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. 

Müqaviləyə əsasən, şirkət Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini 2.387.833,84 manata hazırlayacaq.
 

0