Şuşadakı bulağın təmirinə 139 min xərclənəcək

İQTİSADİYYAT
14:44 / 05.06.2025
125

Şuşada Şorsu bulağının bərpasına başlanılır. 

Hit.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bununla bağlı tender elan edib. 

Tenderin şərtlərində həm də Daşaltı giriş postundan Xarrat Qulu küçəsi yol ayrımına qədər yol kənarı istinad divarının, səkinin bərpası nəzərdə tutulur. 

Tender iyulun 8-dək davam edəcək. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 139 249,74 manatdır. 

Abbas 

0