"AZ. OİL Production Company" MMC-nin vergiyə yarım milyon manatdan artıq borcu yaranıb.
Musavat.com xəbər verir ki, MMC-nin bu gün üçün vergiyə yaranmış borcu 578 min manatdır.
Daha əvvəldən gömrükdən gətirilən malların bəyan edilməsi zamanı da adı çəkilən MMC-nin qanun pozuntularına yol verdiyi müəyyən edilmişdi. Belə ki, MMC ölkəyə idxal etdikləri malları dəyərindən qat-qat aşağı göstərərək dövlət rüsumunu ödəməkdən yayınmağa çalışmışdı.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Sadıqzadə Rüfət Kamal oğludur.
Nizamnamə kapitalı 20 manat olan MMC barəsində vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə bir neçə dəfə maliyyə sanksiyası tətbiq edilib.