Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb.
Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib.
İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.
İqtisadçı Natiq Cəfərli Hit.az-a bildirib ki, uçot dərəcəsinin azaldılması kredit faizlərinə təsir edə bilər:
"Mərkəzi Bank inflyasiya gözləntiləri yaxşılaşdıqca faiz dərəcələrini aşağı sala bilər ki, bu da kredit şərtlərini yumşalda bilər. Lakin bu dəyişikliklərin iqtisadi fəallığa təsiri dərhal deyil, mərhələli şəkildə baş verir. Uçot dərəcəsinin azaldılması bank sektorunda likvidliyin artmasına və kreditləşmənin genişlənməsinə səbəb ola bilər".
Sevinc