Kvant Elmi İstehsalat Mərkəzinin rəhbərinə “stop” qoyuldu

İQTİSADİYYAT
18:45 / 12.06.2025
80

Kvant Elmi İstehsalat Mərkəzinin rəhbərinə “stop” qoyulub.

Hit.az xəbər verir ki, Mərkəzin 8 198,31 manat vergi borcu olduğuna və borc ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. 

İdarə ərizəsində borc ödənilədək Mərkəzin rəhbərinə stop qoyulmasını xahiş edib. 

Sumqayıt Kommersiya Məhkəməsi ərizəni təmin edib. 

Kvant Elmi İstehsalat Mərkəzi 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Piriyev Azər Gülməmməd oğludur. 

Şirkətin vergi borcu hazırda 12 946,14 manat təşkil edir.

Abbas 
 

0