İcra Hakimiyyətinə məxsus 3 avtomobil hərracda satıldı – Qiymətlər

İQTİSADİYYAT
21:57 / 12.06.2025
80

Ağdam Rayon İcra Hakimiyyətinə məxsus 3 minik avtomobili hərracda satılıb. 

Hit.az xəbər verir ki, 2007-ci il istehsalı olan “Nissan Teana” markalı avtomobilin yekun qiyməti 4 200 manat, 2013-cü il istehsalı olan “Chevrolet Niva” markalı avtomobilin yekun qiyməti 8 500 manat, 2006-cı il istehsalı olan “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin yekun qiyməti isə 22 500 manat olub. 

Hərrac iyunun 11-də keçirilib. 

Abbas 

0