"Etay Group İç ve Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filianına yenidən protokol tərtib edilib.
Hit.az-ın məlumatına görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Məlum olub ki, "Etay Group İç ve Dış Ticaret Limited Şirketi" 167750.00 ABŞ dolları məbləğində vəsaiti 27 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 167750.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğ valyuta vəsaiti geri qaytarılmayıb.
İşə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Samir