"Pohar Trade" Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyası tətbiq edilib.
Hit.az-ın məlumatına görə, şirkətdə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkarlanıb.
Buna görə, şirkət barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 5540.78 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni Təmsilçisi İbrahim İbrahimov Ağaverdi oğludur.
Samir