“Smart Electronics” 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirak edib

İQTİSADİYYAT
22:19 / 21.06.2025
105

18-21 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”-un birgə təşkilatçılığı ilə baş tutan 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə “Smart Electronics” şirkəti də iştirak edib. 

Şirkət 18-19 iyun tarixlərində baş tutan tədbirdə karyera və biznes imkanlarını tədbir iştirakçılarına təqdim edib. Tədbir zamanı iştirakçılar və ziyarətçilər ilə birbaşa ünsiyyət qurulub və onların sualları cavablandırılıb. Eyni zamanda potensial namizədlərə şirkətin dəyərləri, iş mühiti və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. 

Sərgi iştirakçılarına eyni zamanda “Smart Electronics”-də aktiv olan yeni kampaniyalar haqqında məlumat verilib. Şirkətin əməkdaşları iştirakçılara 24 ay faizsiz, komissiyasız, ilkin ödənişsiz şərtlər ilə məhsullar ala biləcəklərini, ayda 100 AZN ödəməklə yeni nəsil iPhone telefonlar əldə edə biləcəklərini bildiriblər.

 

“Smart Electronics” eyni zamanda sərgidə iştirak edən digər şirkətlərlə korporativ əlaqələri gücləndirib və gələcəkdə həmin şirkətlərlə əməkdaşlıq etməyi planlayır.

Xatırladaq ki, “Smart Electronics” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın böyük riteyl şəbəkələrindən biridir. 11 000-dən çox məhsul çeşidinə malik “Smart Electronics” mağazalarında ev və ofisiniz üçün axtardığınız hər şeyi tapa bilərsiniz. 

Ərtaflı məlumat üçün: //smartelectronics.az/az/

0