Şahin Bağırov rəisi sərəncama götürdü

İQTİSADİYYAT
14:20 / 22.06.2025
63

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

Hit.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, post rəisinin sərəncama götürülməsinə səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qeyri-qanuni siqaret yüklərinin aşkarlanması olub.

0