"Kartla ödəniş daha sərfəlidir"

İQTİSADİYYAT
22:17 / 23.06.2025
36

“Kartla əməliyyatın ən üstün cəhəti Əlavə Dəyər Vergisinin daha çox hissəsinin qaytarılmasıdır. Yəni, nağd ödəniş etdikdə ƏDV-nin 5, kartla ödədikdə 15 faizi geri qaytarılır”. 

Bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib. 

O bildirib ki, vətəndaşlara kartla ödəniş etmək daha sərfəlidir: 

“Kartlardan istifadə və təhlükəsizliklə əlaqədar qaydalara əmək etmək vacibdir. Dələduzların qurbanı olmamaq üçün qaydalara əməl etmək lazımdır”.

Sevinc

0