Pambıqçılığın elektronlaşdırılması fermerlərə necə təsir edəcək?

İQTİSADİYYAT
20:20 / 24.06.2025
53

Pambıq məhsulunun təhvil verilməsinin (alınmasının) təsdiq prosesi elektronlaşdırılır, “pambıq qəbulu sənədi” ləğv edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Maraqlıdır, bu dəyişiklik fermerlərin işinə necə təsir edəcək? 

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki,bu  prosesin fermerlərə necə təsir edəcəyini zaman göstərəcək:

“Yaxşı olar ki, bu xidmət tətbiq edilməzdən öncı fermerlər treinqlərə qoşulsun və bu sahədə müəyyən biliklərə malik olsun. Fermerlərin rəqəmsal savadlılığının yüksəldilməsi üçün davamlı dəstək mexanizmlərinin qurulması tövsiyə olunur. Bu prosesdə yerli idarəetmə orqanlarının da rolu artırılmalı, onların fermerlərlə əlaqələri gücləndirilməlidir”.

Sevinc

0