Etiketdə və kassada fərqli qiymətlər: Mağaza sahiblərinin hiylələri ifşa olundu - VİDEO

İQTİSADİYYAT
12:00 / 25.06.2025
49

Alış-veriş zamanı məhsulun etiketində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub.

Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib.

Məsələyə aydınlıq gətirmək üçün çəkiliş qrupu həmin geyim mağazasına yollanıb. Mağaza sahibi qiymət fərqini belə izah edib:

"Endirimli qiymət etiketləri əvvəlcədən vurulub. Daha sonra isə qiymət artımı baş verib. Qiymət yenicə dəyişdiyinə görə bu, hələ etiketlərdə əksini tapmayıb".

Qeyd edək ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt və ya rəsmi internet səhifəsi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya "195" qaynar xəttinə müraciət edə bilərlər.

Ətraflı süjetdə:


 

0