"Fitch": Azərbaycan iqtisadiyyatı yaxın beş ildə orta hesabla 2,5 % artacaq

İQTİSADİYYAT
15:15 / 27.06.2025
55

Azərbaycan iqtisadiyyatının 2025-2030-cu illərdə orta illik artımı 2,66 % təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Proqnozlara görə, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 %, 2026-cı ildə isə 2,5 % artacaq. Növbəti illərdə (2027-2030-cu illər) Azərbaycanda ÜDM-in artım tempi ildə orta hesabla 2,5 % təşkil edəcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artım tempini 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 3,6 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Moody's” isə ildə 2,5 % artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 3 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Niderlandın “ING Group”u 2 % və 2,5 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə 2,3 % səviyyəsində artım proqnozlaşdırır.

0