MSK-ya məxsus “Mercedes” yenidən hərraca çıxarılır

İQTİSADİYYAT
20:01 / 30.06.2025
62

Mərkəzi Seçki Komissiyasına (MSK) məxsus “Mercedes Benz S 350” markalı minik avtomobili yenidən hərraca çıxarılacaq. 

Hit.az xəbər verir ki, 2011-ci il istehsalı olan avtomobilin start qiyməti 22 320 manatdır. 

Hərrac avqustun 1-də keçiriləcək. 

Bu avtomobil mayın 6-da keçirilən hərraca da çıxarılmışdı. 

Abbas 
 

0