Deputat: Azərbaycan Özbəkistanla qarşılıqlı sərmayə qoyuluşunda maraqlıdır

İQTİSADİYYAT
17:18 / 03.07.2025
66

“Son illər Özbəkistanda həyata keçirilən islahatlar bu ölkəni regionda investisiya baxımından cəlbedici ölkəyə çevirib. Azərbaycan Özbəkistanla qarşılıqlı sərmayə qoyuluşunda maraqlıdır”.

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, türk dövlətləri ilə qarşılıqlı sərmayənin həyata keçirilməsi  Azərbaycan üçün xarici iqtisadi siyasətdə prioritet məsələlərdən biridir:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanla Özbəkistan arasında münasibətlərin inkişafı müşahidə olunur, strateji münasibətlər daha da dərinləşir. Bu da Azərbaycan investorları üçün Özbəkistan iqtisadiyyatına daha çox sərmayənin yönəldilməsi baxımından imkanlar yaradır. Qarşılıqlı səfərlər investisiya qoyuluşlarınun genişlənməsinə şərait yaradacaq. Qarşıdakı dövrdə iki ölkə arasında sərmayə qoyuluşunun artımının şahidi olacağıq”.

Sevinc

0