Culfa və Şərurda Regional Ailə Mərkəzləri tikiləcək

İQTİSADİYYAT
19:50 / 07.07.2025
49

Naxçıvan Muxtar Respublikasının (MR) Culfa və Şərur şəhərlərində Regional Ailə Mərkəzləri tikiləcək. 

Hit.az xəbər verir ki, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Mərkəzlərin tikintisinin layihə-smeta sənədlərinin satın alınması ilə bağlı tender elan edib. 

Tenderin qalibi “BİMD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Artıq tərəflər arasında satınalça müqaviləsi bağlanıb. 

Müqavilədən aydın olur ki, layihə-smeta sənədləri 109 504 manata başa gələcək. 

Abbas 

0