Problemli kreditlərin həcmi azalmaq əvəzinə artır. Bu artım mütamadi olaraq müşahidə olunur.
İqtisadçı Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, kredit verilisi artdıqca, problemli kreditlərin həcmi də artacaq:
"Sürətli inflyasiya nəticəsində əhalinin gəlirlərinin əsas hissəsi ərzaq, gündəlik məişət xərclərinə yönəlir. Bu da banklardan götürülən kreditin geri qaytarılmasına ayrılan vəsaitin həcminə mənfi təsir göstərir.Yəni, kredit götürən şəxslər gəlirlərini inflyasiya ilə bərabər şəkildə artıra bilmirlərsə, nəticə etibarilə onların real alıcılıq gücü aşağı düşür, gəlirlərin böyük hissəsi gündəlik tələbat məhsullarına yönəldilir və kredit ödəmə problemləri artır. Problemli kreditlərin artması banklar üçün arzuolunan deyil".
Sevinc