Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək

İQTİSADİYYAT
11:40 / 09.07.2025
59

Qoşasu, Seyidlər, Bülövlü kiçik su elektrik stansiyalarının (KSES) tikintisinə sərf olunacaq vəsaitin həcmi müəyyənləşib.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.

ASC hazırda KSES-ləri inşa edəcək şirkət axtarışındadır.

KSES-lərin tikintisinin 55 167 900 manata başa gələcəyini ehtimal edilir.

Qeyd edək ki, kiçik su elektrik stansiyaları (KSES) suyun axın enerjisindən istifadə edərək elektrik enerjisi istehsal edən, adətən 1–10 meqavat (MW) gücə malik olan kiçik həcmli elektrik stansiyalarıdır.//Trend
 

0