“Azcosmetics” MMC maliyyə sanksiyası ilə üzləşib.
Hit..az xəbər verir ki, operativ vergi nəzarəti üzrə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsinin nəticələri haqqında AKT-a əsasən şirkətə 9 730 manat maliyyə sanksiyası tətbiq edilib.
“Azcosmetics” MMC 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Zeynalov Kənan Famil oğludur.
Kənan Zeynalov Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Famil Zeynalovun oğludur.
Abbas