"Qarabağda qurulan infrastruktur digər bölgələrdən yaxşı mənada seçiləcək"

İQTİSADİYYAT
18:10 / 09.07.2025
39

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.

Qarabağda nəqliyyat növlərinin çoxluğu bölgədə əlçatanlığı artırmasının əhəmiyyəti haqqında danışan nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a deyib ki, Qarabağda elə bir infrastruktur qurulur ki, bu Azərbaycanın digər bölgələrindən yaxşı mənada seçiləcək:

"Qarabağda yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilir. İlk olaraq deyim ki, bu vəziyyət ölkə iqtisadiyyatına müsbət təsir edir və edəcək. Qarşıda duran əsas məqsədlərdən biri nəqliyyat infrastrukturunun inkişaf etdirilməsidir. Nəqliyyat sektorunun əsas elementlərindən biri olan hava limanları artıq Qarabağda inşa olunub, növbə dəmir yollarınındır. Bu bölgədə avtomobil yolu müasir səviyyədə təmir edilir. 
Xankəndində avtovağzal və dəmir yolu kompleksinin inşa edilməsi müsbət haldır".

Sevinc

0