Dizelə maraq azalıb? - AÇIQLAMA

İQTİSADİYYAT
09:37 / 11.07.2025
71

"Dizellə işləyən avtomobillərin sıradan çıxacağı və ya ona alternativ tapılacağı barədə məlumatlar şaiyələrdən ibarətdir". 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu barədə sadəcə bəzi insanlar tərəfindən yalan məlumatlar irəli sürülür:

"Ancaq nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının bütün texnikaları dizellə işləyir. Həmçinin, yük daşıyan texnikaların da böyük əksəriyyəti dizellə çalışan avtomobillərdir. Ona görə də dizelin tamamilə sıradan çıxarılacağı inandırıcı deyil. 

Bunu haradasa minik avtomobilləri və az tutumlu mühərrik həcmləri olan maşınlarda başa düşmək olar. Lakin yükdaşıyıcı avtomobillər üçün dizel sıradan çıxa bilməz. Əks halda, müəyyən problemlər yarana bilər". 

377547

Ekspert qeyd edib ki, dizelə marağın azaldığı da inandırıcı deyil:

"Dizel yanacağına alternativ nəqliyyat vasitələri olmadığı üçün ona maraq azala bilməz. Dizellə işləyən nəqliyyat vasitələri hər zaman bu və digər formada istifadə olunur.

Üstəlik, dizel mühərriklərinin faydalı iş əmsalı digərləri ilə müqayisədə daha səmərəli olur. Həmçinin, həmin avtomobilləri münasib qiymətə almaq və uzun müddət istifadə etmək mümkündür. Yəni bu kimi amilləri nəzərə alanda, dizelə marağın azaldığını və ya azalacağını demək doğru olmaz".

Pərviz

0