”Modern Park” Mənzil-Tikinti Kooperativi maliyyə böhranı keçirir.
Hit.az xəbər verir ki, şirkət hələ də vergi borcunu ödəyə bilməyib.
Bir neçə ay əvvəl məlumat yayılmışdı ki, sözügedən MTK-nın 880 108,46 manat vergi borcu var.
Araşdırmalarımıza görə şirkət borcu tam bağlaya bilməyib. Amma müəyyən qədər ödəniş edilib. Hazırda MTK-nın vergi borcu 497 701,99 manatdır.
“Modern Park” MTK 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Vüqar Müzəffər oğludur.
Abbas