Rusiyada yaşayanlar Azərbaycana pul göndərə bilməyəcək?

İQTİSADİYYAT
19:03 / 17.07.2025
68

Rusiyada miqrantlara rəsmi maaşlarını aşan məbləğdə xaricə köçürmələrinin qadağan olunması təklif edilib. Köçürülən məbləğ maaşı keçərsə, gəlir mənbəyini təsdiqləyən bəyannamə təqdim olunmalıdır.

Bu təklifi Rusiya Mərkəzi Bankına deputatlar Aleksey Neçayev, Sardana Aksentyeva və Vladimir Plyakin göndəriblər. Belə bir qərar qüvvəyə minsə, bu Rusiyada yaşayan soydaşlarımıza necə təsir edəcək?

Millət vəkili Azər Allahverənov Hit.az-a deyib ki, Rusiyada miqrantlarla bağlı qanunvericilik daha da sərtləşməyə doğru gedir: 

"Son proseslər göstərir ki, adıçəkilən ölkənin ərazisində qeyri-qanuni və ya qanuni əsaslarla yaşayan şəxslərə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunur. Baxmayaraq, Rusiya hökuməti daha çox qanunsuz miqrasiyaya qarşı müqavimət aparırdı. Bu mübarizənin effektini təmin etmək üçün bir sıra təkliflərlə çıxış edildi, tətbiq edilənlər də oldu. Ancaq siyasi mərkəzlər miqrantlarla bağlı sərt qərarlar tətbiq edir. Hazırda təklif olunur ki, Rusiyada yaşayan gəlirini bəyan etmədikcə onlar xaricə pul göndərə bilməyəcək. İstənilən halda bu təklif xoşagələn deyil. Məlumdur ki, il ərzində Rusiyadan Azərbaycana 500-600 milyon dollar pul köçürülür. Belə bir qadağanın tədbiq olunması insanları vadar edəcək ki, onlar başqa kanallar axtarsın. Bu qərar insanların rifahına mənfi təsir edəcək və Rusiyada yaşayan insanların orda qalıb-qalmama fikrinə təsir edər".

Sevinc

0