Unun topdansatış qiymətləri açıqlandı

İQTİSADİYYAT
18:03 / 17.07.2025
60

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27,3 manat civarında dəyişib.

HİT.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 10-da da Azərbaycanda unun topdansatış qiymətləri yuxarıdakı kimi olub.

0