Bakı metrosuna yeni mətbuat katibi təyin edildi

İQTİSADİYYAT
15:23 / 21.07.2025
109
"Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.
 
HİT.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.
 
Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.
 
Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.
 
 
0