Səhiyyənin Təminatı Mərkəzinin 25 milyonluq tenderi ləğv edildi

İQTİSADİYYAT
20:59 / 24.07.2025
99

Səhiyyənin Təminatı Mərkəzinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin satın alınması ilə bağlı elan etdiyi tender baş tutumayıb. 

Hit.az xəbər verir ki, tenderin ləğvi  müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə əlaqədardır. 

Bu tender üzrə satınalma predmetinin 25 231 055 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Abbas 

0