Nazirlikdən bu şirkətə 1,7 milyonluq sifariş

İQTİSADİYYAT
21:18 / 31.07.2025
60

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Vest-LTD” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Hit.az xəbər verir ki, şirkət məktəbəqədər təhsil müəssisələrinə digər malların alınması xərc maddəsi üzrə malların satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. 

Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 705 870,33 manatdır. 

Abbas 
 

0