Azərbaycan kartof ixracından nə qədər qazanıb?

İQTİSADİYYAT
21:01 / 03.08.2025
46

Bu ilin yanvar–iyun aylarında Azərbaycanın əsas ixrac məhsulları sırasında yer alan kartof üzrə gəlirlər əhəmiyyətli dərəcədə artıb.

Valyuta.az xəbər verir ki, altı ay ərzində kartof ixracından əldə olunan gəlir 7 milyon ABŞ dolları və ya 34,14 faiz artaraq 27,5 milyon dollara çatıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 20,5 milyon dollar təşkil edib.

0