Naxçıvan MR Nazirlər Kabineti 202 min manatlıq xidməti avtomobil alır

İQTİSADİYYAT
22:19 / 04.08.2025
43

Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabneti “Toyota Abşeron Center” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Hit.az xəbər verir ki, qurum şirkətdən xidməti minik avtomobili almağı planlaşdırır. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 202 500 manat təşkil edir. 

Naxçıvan MR Nazirlər Kabineti bu məbləğə 3 ədəd xidməti avtomobil almağı planlaşdırır. 

Abbas 
 

0