Bu tarixdən Bakıda mənzillər bahalaşa bilər

İQTİSADİYYAT
11:07 / 05.08.2025
50

Ötən ay ərzində Bakıda mənzil bazarında stabillik müşahidə olunub.

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

Onun sözlərinə görə, yay mövsümündə adətən mənzil bazarında passivlik müşahidə olunur:

“Ona görə ki, hamı istirahətdə və tətildədir. Bu mənada həm əqdlərin sayı azalıb, həm də qiymətlərdə stabillik hökm sürür. Qiymətlərdə ucuzlaşma da olmayıb. Bakının müxtəlif rayonlarında, xüsusilə bağ evlərində 1-2 faizlik artım olub ki, bu da nəzərə çarpan deyil”.

Ekspert əlavə edib ki, əsas dəyişiklik avqustun sonu sentyabrın əvvəlindən başlayacaq.  
 

0