Küçə ticarəti qadağan olunsa da, metrostansiyaların ətrafında, yol kənarında səyyar satışa rast gəlirik. Mövsümə uyğun olaraq meyvə-tərəvəz satışı ya da hansısa bayram ərəfəsində ona uyğun aksesuar, təamlar satılır. Alıcılar da səyyar satışdan razıdır.
Hüquqşünas Hit.az-a deyib ki, küçə ticarətinin qadağan olunduğunu göstərən konkret bir qanun yoxdur:
“Azərbaycanda müəyyən dövrlərdə belə fəaliyyətlərə müvəqqəti olaraq, qadağalar tətbiq olunub. Bu fəaliyyəti qadağan etmək də mümkündür. Bu da icra hakimiyyətinin qərarından asılı olan məsələdir və həmin qurum buna nəzarət edir”.
Sevinc