Neft qiymətləri ölkə iqtisadiyyatına necə təsir edir?

İQTİSADİYYAT
09:23 / 07.08.2025
60

"Neftin dünya bazarındakı qiymətlərində ciddi dəyişikliklər müşahidə olunmur". 

Bu sözləri iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, neft qiymətləri son zamanlarda çox cüzi şəkildə dəyişir:

"Yəni sözügedən qiymətlər son 2 ayda kiçik bir diapozonun daxilində oynayır. Ona görə də bunun Azərbaycan iqtisadiyyatına təsiri də minimaldır". 

379432

Ekspert qeyd edib ki, neft qiymətlərinin son dəyişiliyi ölkəmizə ciddi təsir etmir:

"Ən azından, neft qiymətləri hazırda Azərbaycan büdcəsində nəzərdə tutulan qiymətin ətrafındadır. Bəzi aylarda onda aşağı olsa da, indi həmin qiymətə yaxındır. Ancaq neftin qiyməti büdcədə nəzərdə tutulandan aşağı olanda büdcədə cüzi kəsir yarana bilər".

Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, son 1 ayda neft qiymətlərində 1-2 faiz artım var:

"O da iqtisadiyyat üçün 100-200 milyon ümumi əlavə gəlir deməkdir. Hazırda büdcə üçün risk təsiri isə minimumdur. 

Ümumiyyətlə, hazırkı neft qiymətləri Dövlət Neft Fondunun gəlirləri üçün müsbətdir, arzuolunandır. Uzunmüddətli planda isə manatın məzənnəsi və s. makroiqsadi faktorlar daxil olmaqla müəyyən qədər sabitdir". 

Pərviz

0