“ExxonMobil” şirkəti ilə “Əməkdaşlıq haqqında Memorandum”nun əhəmiyyəti

İQTİSADİYYAT
17:59 / 08.08.2025
44

Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Sənədin əhəmiyyəti haqqında Hit.az-a fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu əməkdaşlığın güclənməsi iqtisadi sferada daha qabarıq şəkildə görsənir: 

“Bu da həm iqtisadi, həm də ticari sahədə əməkdaşlığın güclənməsindən xəbər verir. Xüsusən 2025-ci il əməkdaşlıq baxımından vacib, yadda qalan illərdən biridir. SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması enerji sahəsində ölkələrarası münasibətlərin dərinləşməsinə imkan verəcək”.

Sevinc

0