Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi “Güney-1” MMC-nin rəhbəri ilə bağlı məhkəməyə müraciət edib.
Hit.az xəbər verir ki, qurum məhkəmədən şirkət rəhbərinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılımasını istəyib. Buna səbəb isə şirkətin dövlət büdcəsinə 2628,06 manat borcunun olmasıdır.
İşə Gəncə Kommersiya Məhkəməsində baxılıb.
Məhkəmə qurumun ərizəsini təmin edib.
“Güney-1” MMC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6468 manatdır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Yamin İbadət oğludur.
Abbas