Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssissələrinin Müdiriyyətinin tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) ilə bağlı keçirilən tenderin ləğv olunmasının səbəbləri barədə açıq mənbələrdə məlumat yoxdur.
Bu tender üzrə satınalma predmetinin 9 720 455,50 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas