Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şura fəaliyyətə başlayıb.
AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən HİT.az-a verilən məlumata görə, şurada tanınmış iqtisadçı alimlər təmsil olunur. Qiymətləndirmə prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltmək, peşəkar qiymətləndiricilərin yetişdirilməsinə, qiymətləndirmə sahəsinə dair elmi məqalələrin yayılması və elmi jurnalın dərcinə nail olmaq məqsədilə fəaliyyət göstərəcək şura Azərbaycanın elmi-tədqiqat ocaqları və ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edəcək.
AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev, Bakı Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva, AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Natavan Namazova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ülkər Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İlqar Məmmədov, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliheydər Panalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Bulud Sadıqov, Beynəlxalq idarəetmə sistemləri (standartları) üzrə mütəxəssis, Britaniya Standartlar İnstitutunun və LRQA (Lloyd s Register) İSO 9001,İSO 45001 standartları üzrə aparıcı auditoru Asif İbrahimov və Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin Verdiyeva AQC-nin Elmi-Metodiki Şurasının üzvü seçiliblər.
Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir. Qiymətləndiricilər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.