2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, mənfəətin aşağı düşməsinin səbəbi bank gəlirinin azalması ilə bağlıdır:
“Problemli kreditlərin həcmi artdıqca, bankın mənfəəti də azalır. Məlum məsələdir ki, son zamanlar insanlar götürdüyü kreditin aylıq ödənişini etməkdə çətinlik çəkir. Kredit ödənişinin geri qaytarılmaması bankın gəlirini aşağı salır. Bununla yanaşı, bankın xərcləri də artır. Bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir”.
Sevinc