Banklar zədələnmiş pulları qəbul etmir?

İQTİSADİYYAT
22:40 / 14.08.2025
41

Zədələnmiş pulların banklar tərəfindən qəbul olunmaması ilə narazılıqlar artır.

Deyilənə görə  banklar, azca zədələnmiş milli valyutanı qəbul etməkdən imtina edir.

Halbuki banklar zədələnmiş valyutanı dəyişməlidir.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, milli valyutanın dəyişilməsində  problem yoxdur:

"Bu haqda qanunda müəyyən tələblər var. Pul ya tam olmalıdır, ya da zədələnsə, çırıq hissələrdən ibarət olsa da, üst-üstə gələndə əskinazın 100 faizini təşkil etməlidir. Ya da bütöv əkinazın qalmış hissəsi onun 60 faizini təşkil etməlidr. Bu halda banklar bir qayda onu olaraq dəyişməlidir. Dəyişməsə də, vətəndaşlar Mərkəzi Banka müraciət edə bilər”. 

Sevinc
 

0