Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - QİYMƏTLƏR

İQTİSADİYYAT
15:20 / 19.08.2025
47

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyard 477,8 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 10% artıb.

Belə ki, ötən ilin ilk 7 ayında xaricdən ölkəyə 1 milyard 342,6 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.

Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycana 248,5 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 191,5 milyon dollar olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib.

Bundan başqa 646,3 min ton buğda ölkəyə gətirilib və dəyəri 140,1 milyon dollar olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 37 qəpiyə bərabər olub.

Həmçinin 55,1 milyon dollar dəyərinə 25,1 min ton ət idxal olunub. Bunun da 1 kiloqramının orta gömrük dəyəri 3,5 manat olub.

9,3 min ton süd və qaymaq idxalının dəyəri isə 15,7 milyon dollar olub və 1 kiloqram üçün qiymət 2,9 manat təşkil edib. 16,6 min ton kərə yağının idxalı  üçün 113,6 milyon dollar ödənilib və 1 kiloqramın orta gömrük dəyəri 11,5 manat olub.

Eyni zamanda, 7,8 min ton çay idxalının dəyəri 47,6 milyon dollar (1 kiloqram üçün orta qiymət 11 manat), 35,5 min ton düyü idxalı 33,6 milyon dollar (1 kiloqramın gömrük dəyəri 1,6 manat), 88,6 min ton bitki mənşəli yağların gömrük dəyəri 137,1 milyon dollar (1 kiloqram üçün qiymət 2,6 manat) təşkil edib.
 

0